Hava şəraitinə görə məktəblərdə davamiyyət aşağı düşüb - RƏSMİ

11:20 11-11-2021 358

Güclü külək nəticəsində Bakıda fəaliyyət göstərən ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyəti azalıb.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. 

“Paytaxtın ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən qismən aşağı düşüb”, - deyə qeyd edilib.