İrəvanda qanlı gecə: Keçmiş deputat və kriminal avtoritet öldürüldü

14:20 11-11-2021 39

İrəvanda ötən gecə dəhşətli cinayət hadisəsi qeydə alınıb.

Hadisə şəhərin Kanaker kvartalında baş verib. Hadisə yerinə yollanan polislər ərazidə iki nəfərin cəsədini tapıblar. Həmçinin ərazidən uzaqlaşdırılan iki yaralının da yolda öldüyü bəlli olub.

Ölənlərdən biri erməni kriminal avtoritet Artur Kazaryan olub.

Hadisənin keçmiş deputatın evində baş verdiyi və ölənlərdən birinin də məhz həmin şəxs, Artuş Simonyan olduğu iddia olunur. Dəhşətli hadisə zamanı həmçinin dörd nəfərin yaralandığı bildirilir. Yaralananlar arasında Artuş Simonyanın oğlunun da olduğu qeyd edilir.

Hadisə yerinə baxış zamanı dörd tapança, iki avtomat və 45 ədəd giliz tapılıb.

Mənbə: news.am