Yevlaxda ağır qəza: Yolu təmizləyən qadınları maşın vurdu - VİDEO

15:00 11-11-2021 394

Yevlax şəhərində yolu təmizləyən iki qadını maşın vurub.

APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

Yol təmizliyi ilə məşğul olan təsərrüfat işçiləri, 1975-ci il təvəllüdlü Rəsulova Şəlalə Salman qızı və 1974-cü il təvəllüdlü Əzizova Hicran Yedigar qızını Namiq Həmidovun idarə etdiyi QAZ-24 markalı avtomobil vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan birinin vəziyyəti ciddi olaraq dəyərləndirilir.

Faktla bağlı araşdırma aparılır.