FIBA-dan millimizə dəvət gəlib

15:20 11-11-2021 382

Basketbol üzrə milli komandamıza FIBA (Beynəlxalq Basketbol Federasiyası) tərəfindən dəvət gəlib.

Azərbaycan Basketbol Federasiyasının baş katibi Vüqar Əzimovun HerGun.Az-a verdiyi məlumata görə, bu səbəbdən də milli komandamız Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının zalında məşqlərə başlayıb.

Ancaq onun sözlərinə görə, hələ rəqiblər bəlli deyil:

“Pandemiyaya görə hələ yarışın keçirilmə məkanı bəlli deyil. Hələ püşk də atılmayıb. Ancaq komandamızın C divizionunda yarışacağı dəqiqdir”.

Qeyd edək ki, komandamız ötən il iyunun 28-dən iyulun 4-dək İrlandiyada kiçik ölkələrin Avropa çempionatında yarışmalı idi. Ermənistan, İrlandiya və Andorra ilə bir qrupda yer alan yığmamızın oyunları pandemiyaya görə ləğv olunmuşdu.

Səbuhi Musayev