Britaniyalı deputat: “Şuşada kilsələr qorunur”

18:20 11-11-2021 392

“Şuşada kilsələrin qorunduğunu gördük”.

APA-nın məlumatına görə, bunu ölkəmizdə səfərdə olan Böyük Britaniya Parlamentinin İcmalar Palatasının Azərbaycanla dostluq qrupunun rəhbəri Bob Bləkmən bu gün keçirilən mətbuat konfransında bildirib.

Bob Bləkmən deyib ki, bəzi dairələrin apardığı təbliğata baxmayaraq, Azərbaycan xristian məbədlərə hörmətlə yanaşır: “Azərbaycan münaqişə dövründə də yalnız hərbi hədəfləri seçib, mülki obyektlərin ziyan görməməsinə çalışıb. Biz səfərimiz zamanı bir daha bunun şahidi olduq”.