Qazaxda 15 yaşlı oğlan intihar edib

21:40 11-11-2021 335

Qazaxda intihar hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Kosalar kəndində qeydə alınıb.

Kənd sakini, 2006-cı il təvəllüdlü Əhmədzadə Teymur yaşadığı evin qarşısında özünü asıb. Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb. Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub. Faktla bağlı Qazax rayonu prokurorluğunda araşdırma aparılır.