DÇ-2022: Azərbaycan - Lüksemburq matçında ilk hissə başa çatıb - YENİLƏNİR + VİDEO

22:00 11-11-2021 448

Azərbaycan və Lüksemburq yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda ilk hissə başa çatıb.

Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

21:25

Azərbaycan millisinin futbolçusu Tellur Mütəllimov Bakıda Lüksemburqa qarşı keçirilən 2022-ci il dünya çempionatının seçmə oyununda meydandan qovulub.

Sol cinah müdafiəçisi rəqib oyunçuya qarşı kobud oynadığı üçün birbaşa qırmızı vərəqə görüb.

Qeyd edək ki, hazırda qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.

21:01

Azərbaycan və Lüksemburq yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyunu start götürüb.

Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma saat 21:00-da başlayıb.

Görüşü avstriyalı FIFA referisi Manuel Şüttenqruber idarə edir.

19:45

Bakıda 2022-ci il dünya çempionatının seçmə mərhələ oyununda üz-üzə gələcək Azərbaycan və Lüksemburq milli komandalarının start heyətəri açıqlanıb.

Yığmalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 17. Tellur Mütəllimov, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç

Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Mehti Cənnətov, 6. Vüqar Mustafayev, 7. Namik Ələskərov, 9. Renat Dadaşov, 13. Amin Seydiyev, 14. Bəxtiyar Həsənalızadə, 15. Cəlal Hüseynov, 16. Coşqun Diniyev, 20. Mert Çelik, 21. Araz Abdullayev, 22. Rüstəm Əhmədzadə

Baş məşqçi: Canni De Byazi

Lüksemburq: 1. Ralf Şon, 2. Maksim Şano, 8. Kristofer Martins, 9. Danel Sinani, 10. Jerson Rodrigeş, 11. İvandro Borges, 13. Dirk Karlson, 15. Olivye Til, 16. Leandro Barreyro, 17. Mika Pinto, 18. Loran Yans

Baş məşqçi: Lük Holts

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq.

10:02

Bu gün futbol üzrə Azərbaycan millisi Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Lüksemburqla qarşılaşacaq.

HerGun.Az xəbər verir ki, bu, millimizin cari tsikldə son matçı olduğundan, qrupu qələbə ilə başa vurmaq zərurətə çevrilib.

Cırtdan ölkə təmsilçisinə səfərdə sentyabrın 1-də 1:2 hesabı ilə uduzmuş Canni De Byazinin yetirmələrinin indi revanş almaq imkanı var. Düzdür, bu qələbə millimizi sonuncu pillədən xilas etməyəcək. Lakin futbolçularımızın tsiklin sonunda müqaviləsi başa çatacaq italyan baş məşqçini qələbə ilə yola salmaq imkanı var.

Qeyd edək ki, qrupun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq matçında İrlandiya Portuqaliyanı qəbul edəcək.

DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
21:00 Azərbaycan – Lüksemburq
Baş hakim: 
Manuel Şütenqruber (Avstriya)
Bakı Olimpiya Stadionu