İraqda robot ofisiantların xidmət etdiyi restoran açıldı – VİDEO

00:20 12-11-2021 30

İraqın Mosul şəhərində qeyri-adi restoran fəaliyyətə başlayıb.

Burada ofisiant qismində robotlar çalışır.

“White Fox” adlı iaşə obyekti Mosul Universitetinin Mühəndislik fakültəsi məzunları tərəfindən qurulub.

Fantastik filmləri xatırladan interyeri ilə se,il'n restoran şəhər sakinlərinin böyük marağına səbəb olub. Burada sifarişlər masalara bərkidilmiş planşetlər vasitəsilə qəbul olunur. Robotlar isə qida və içkiləri masaya çatdırır.

Mənbə: “Haber Global”