Bakıda avtomobil 40 yaşlı kişini vuraraq ağır xəsarət yetirib

01:00 12-11-2021 349

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb. Babək prospektində yolu keçən 1981-ci il təvəllüdlü Aslanov Nəsimi Nağı oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beynin ağır dərəcəli əziyi diaqnozları qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.