İqtisadiyyat naziri: “Qeyri-neft emal sənayesi isə 24,7 % artıb” - FOTO

15:00 12-11-2021 775

2021-ci ilin yanvar-sentyabr ayları üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 4,5 % artaraq, 36,5 milyard manatdan çox olub. 

Bununla bağlı məlumatı iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” hesabında paylaşım edib.

O bildirib ki, bu müddətdə qeyri-neft sənayesi 19,6 %, qeyri-neft emal sənayesi isə 24,7 % artıb.