Yasamalda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib - YENİLƏNİB+VİDEO

22:00 12-11-2021 373

Yasamal rayonunda çoxmərtəbəli binada baş vermiş yanğının görüntüləri yayılıb.

Bununla bağlı video sosial şəbəkələrdə paylaşılıb.

Həmin videonu təqdim edirik:

20:46

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan mənzilin mətbəxində əşyalar 6 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı tüstülənmiş mənzillərdən 15 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.