Çində koronavirusun episentri dəyişdi: Yoluxma artır

23:00 12-11-2021 339

Çin daxilində koronvirusun episentri dəyişərək Dalian şəhərinə keçib.

Dalianda yeni koronavirus infeksiyasına yoluxma hallarının artması davam edir.

Noyabrın 11-də şəhərdə 52 yeni COVID-19 infeksiyasına yoluxma faktı təsdiqlənib. Bir gün əvvəl, noyabrın 10-da 21, noyabrın 9-da 17, noyabrın 8-də isə 5 nəfərdə infeksiyaya yoluxma aşkarlanıb.

Bundan əvvəl ölkədə virusun yayılmasının episentri Rusiyanın Blaqoveşensk şəhəri ilə həmsərhəd olan Heihe şəhəri olub. Orada əhali arasında yoluxma hallarının artımını ciddi məhdudiyyətlər və karantin rejiminin tətbiqi ilə saxlamaq mümkün olub.

Məsələn, virusun yayılmasının qarşısını almaq üçün ictimai nəqliyyatın işi dayandırılıb, avtomobillərin hərəkəti məhdudlaşdırılıb, qəsəbənin həyatına dəstək verməyən müəssisələr bağlanıb.

Ümumilikdə, noyabrın 11-də Çində 98 yeni COVID-19 hadisəsi aşkar edilib.

Mənbə: İnterfaks