Assanca həbsxanada ailə qurmağa icazə verilib

00:00 13-11-2021 349

Hazırda Böyük Britaniyanın Belmarş həbsxanasında cəza çəkən “Wikileaks” saytının yaradıcısı Cullian Assanca rəsmi şəkildə nikaha daxil olmağa icazə verilib.

Həbsxanadan verilən məlumata əsasən, C. Assancın ərizəsinə adi qaydada baxılıb və onun Stella Morislə ailə həyatı qurmasına icazə verilib.

“Məhkumlar 1983-cü il tarixli Nikah Qanununa əsasən, həbsxanada nikaha daxil olmaq üçün müraciət etmək hüququna malikdirlər”, - Belmarş həbsxanasından verilən məlumatda qeyd olunur.

Mənbə: BBC