Ukrayna Türkiyədən yeni PUA-lar alacaq

01:20 13-11-2021 31

Ukrayna Türkiyədən “Bayraktar” PUA-larının yeni partiyasını alacaq.

Bu barədə Ukraynanın Müdafiə Naziri Aleksey Reznikov məlumat verib.

O, yeni PUA-larda Ukrayna istehsalı mühərriklərin quraşdırılacağını bildirib.

Nazir sözügedən silahların ölkənin Silahlı Qüvvələrinin ehtiyacları üçün əldə olunduğunu və Ukraynanın öz müstəqilliyini qoruması üçün istifadə ediləcəyini də əlavə edib.

Ukrayna Silahlı Qüvvələri baş komandanı Valeri Zalujnı ordunun zərbə PUA-larını təxribatçı fəaliyyətlərə qarşı istifadə etməyə hazır olduğunu, bu istiqamətdə taktiki və metodiki hazırlıqların aparıldığını qeyd edib.

Mənbə: TASS