Britni Spirs 14 ildən sonra azadlığına qovuşdu: Pərəstişkarları bayram etdi - FOTO/VİDEO

03:00 14-11-2021 28

Los-Anceles məhkəməsi müğənni Britni Spirsin üzərində atasının 14 illik qəyyumluğuna son qoyub. Hökmə münasibət bildirən aktrisa bunu həyatının ən yaxşı günü adlandırıb.

Qeyd edək ki, pərəstişkarları da müğənni ilə bağlı məhkəmə qərarını alqışlarla qarşılayıblar.

Məşhur müşğənni bununla bağlı özünün “Instagram” hesabından kadrlar paylaşıb.

“Allahım, pərəstişkarlarımı çox sevirəm, bu, dəlilikdir! Düşünürəm ki, bütün günü ağlayacağım! Bu, həyatımın ən gözəl günüdür”, - deyə o bildirib və baş verənlərə hələ də inana bilmədiyini söyləyib.

Qeyd edək ki, Ceymi Spirs 2008-ci ildən, müğənninin psixoloji problemləri və öz uşaqlarının qəyyumluğunu itirməsi fonunda məhkəmənin qərarı ilə qızının həyatının əksər aspektlərinə nəzarət edir. O, aktrisanın qazandığı bütün pullara, maliyyə qərarlarına tam nəzarət edib, həmçinin konsertlər, qastrollar, şoular və hətta Britni Spirslə şəxsi görüşlər haqqında bütün qərarlara o baxıb.

Nəhayət uzunmüddətli sükutu pozan britaniyalı ifaçı cari ilin iyun ayında məhkəməyə müraciət etdi və atasının qəyyumluq hüquqlarından sui-istifadə etdiyini bildirdi. Onu da bildirək ki, müğənni atasının, o cümlədən qəyyumluq rejiminin saxlanmasını tələb edən vəkillərinin xərclərini ödəməyə məcbur olub.

Britni Spirsin sərvətinin təxminən 60 milyon dollar (2,7 milyonu nağd, 56,3 milyonu isə investisiyalar və daşınmaz əmlak şəklində) olduğu bildirilir.

Mənbə: Lenta.ru