Millimiz ili yoldaşlıq oyunu ilə yekunlaşdıracaq - AFİŞA

10:00 14-11-2021 30

Futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.

HerGun.Az xəbər verir ki, bu, yığmamızın 2021-ci ildəki sonuncu matçı olacaq.

Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakıda Qətər yığması ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda oynanılacaq görüş saat 21:00-da start götürəcək.

Matçı litvalı FIFA referisi Donatas Rumşas idarə edəcək.

Millimiz Qətərlə bu matça qədər üç dəfə yoldaşlıq görüşündə üz-üzə gəlib. 2013-cü ildə Qətərin paytaxtı Dohada baş tutmuş qarşılaşma 1:1 hesablı heçə-heçə ilə başa çatıb. 4 il sonra eyni şəhərdə keçirilmiş 2-ci matçda Azərbaycan millisi rəqibini məğlub edib - 2:1. Bu il martın 27-də Macarıstanın Debretsen şəhərindəki görüşdə isə Qətər yığması eyni hesabla qalib gəlib.

Qeyd edək ki, Qətər millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsinin A qrupunda müsabiqədənkənar iştirak edir.

Beynəlxalq yoldaşlıq oyunu
14 noyabr
21:00. Azərbaycan - Qətər

Hakimlər: Donatas Rumşas, Aleksandr Radius, Dovidas Sujiedelis (hamısı Litva)

Dördüncü hakim: Elçin Məsiyev

Bakı Olimpiya Stadionu.