Okan Buruk Azərbaycan millisində işləməkdən imtina edib

15:00 14-11-2021 32

“Başakşəhər”lə çempion olduqdan sonra boşda olan və heç bir yerdə çalışmayan baş məşqçi Okan Buruk Azərbaycan millisindən təklif alıbmış.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, onun Azərbaycan millisinin sükanı arxasına keçidi baş tutmayacaq.

48 yaşlı mütəxəssis AFFA-nın təklifini qəbul etməyib.

Onun hazırda ölkə xaricində işləmək istəmədiyi üçün bu addımı atdığı qeyd edilib. İddiaya görə, Anadolu klublarından da təklif alan Burukun əsas hədəfi İstanbul təmsilçilərindən birinə rəhbərlik etməkdir.

Mənbə: Star