Türkiyədə zibil çeşidləmə fabrikində körpə cəsədi aşkar olundu

09:00 15-11-2021 34

Türkiyədə tükürpədici hadisə yaşanıb.

Əskişəhərdə fəaliyyət göstərən zibil çeşidləmə fabrikindəki məişət tullantılarının arasından körpə cəsədi tapılıb.

Cəsədin yeni doğulmuş qız uşağına aid olduğu bildirilib.

Körpənin meyiti müvafiq orqanlara təhvil verilib.

Mənbə: “Haber Global”