Vətən müharibəsi qazisi döyülüb? - AÇIQLAMA

15:00 15-11-2021 382

“Vətən müharibəsi qazisi, Ağstafa rayon sakini Elvin Alıyevin Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən döyülməsi və qazinin xəsarət alması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir”.

Bu barədə HerGun.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional 
qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib. 

O bildirib ki, noyabrın 12-də Ağstafa RPŞ-nin əməkdaşları icraatda olan araşdırma ilə bağlı rayon sakini Mustafa Qurbanovu şöbəyə dəvət edən zaman qonşuluqda yaşayan E. Alıyev polis əməkdaşlarının xidməti fəaliyyətini yerinə yetirməyə mane olub, nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozub:

“Əlavə olaraq onu da qeyd etmək istəyirəm ki, E. Alıyev müharibə zamanı xəsarət aldığı üçün isterik və epileptik tutmalardan əziyyət çəkir və bu hallar onda tez-tez baş verir. Odur ki, qazinin xəstəxanaya müraciət etməsi polis əməkdaşının onun vurması ilə bağlı deyil, qeyd edilən tutmaların nəticəsidir”.

Könül Cəfərli