Dünyanın ən gözəl qadını müsabiqədən görüntülər paylaşdı - FOTO/VİDEO

02:00 16-11-2021 39

Ailəli olanlar arasında dünyanın ən gözəl qadını seçilən Sankt-Peterburqlu çoxuşaqlı ana Kseniya Davıdova “Mrs.Top Of The World 2021” müsabiqəsindən şəklini nümayiş edib. “Instagram” səhifəsində paylaşılan fotoda o, Rusiyanın milli geyimində əks olunub.

“Milli geyim bəlkə də ən çox sevdiyim səhnədir. Bu, zaman səyahəti və yaradıcılıq üçün bir fürsətdir. Mən ənənəvi rus boyar obrazını seçdim”, - deyə model bildirib. Onun sözlərinə görə, kostyum Rusiyanın çoxşaxəli mədəniyyətinə və tarixinə istinaddır və təsvir ölkənin gözəlliyini sadə və zövqlə əks etdirir.

Qeyd edək ki, rusiyalı qadının rəqibləri Böyük Britaniya, Latviya, Kipr, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdən olub. Davıdova hesab edir ki, müsabiqədə qalib gəlməyə təkcə yaxşı hazırlıq yox, həm də Milanda model kimi işləmək təcrübəsi kömək edib.

Mənbə: Lenta.ru