Haiti prezidentinin qətlində şübhəli bilinən şəxs İstanbulda ələ keçdi

03:00 16-11-2021 451

Haiti prezidenti Jovenel Moizə sui-qəsddə ittiham edilən şəxs İstanbulda yaxalanıb.

Samir Handal adlı şübhəli şəhərin hava limanında saxlanılıb. Onun Türkiyə üzərindən ABŞ-dan İordaniyaya səfər etdiyi bildirlib.

Xatırladaq ki, Haiti prezidenti Jovenel Moiz iyulun 7-də yaşadığı iqamətgaha silahlıların hücumu nəticəsində qətlə yetirilib.

Mənbə: “Haber Global”