Ukraynada koronavirusdan rekord ölüm sayı qeydə alındı

21:00 16-11-2021 374

Ukraynada koronavirusdan sutkalıq ölüm sayında rekord qeydə alınıb.

Belə ki, ölkədə son 24 saatda 838 nəfər koronavirus pandemiyasının qurbanı olub.

Ukrayna Səhiyyə Nazirliyindən verilən məlumata əsasən, son sutkada yoluxanların sayı isə 16 308 nəfər təşkil edib.

Ukraynada COVID-19-dan ölənlərin ümumi sayı isə 77 985 nəfər təşkil edir.

Mənbə: Gazeta.ru