Putin Paşinyanla Azərbaycan - Ermənistan sərhədindəki vəziyyəti müzakirə etdi

22:00 16-11-2021 426

Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətindən verilən məlumata görə, danışıq Ermənistan tərəfinin təşəbbüsüylə baş tutub.

Söhbət zamanı Azərbaycan - Ermənistan sərhədindəki vəziyyət müzakirə olunub.

Tərəflər bu mövzuda təmasları davam etdirmək barədə razılığa gəliblər.

Mənbə: kremlin.ru