“Taliban”dan Əfqanıstandakı Buddist irsi ilə bağlı açıqlama

23:00 16-11-2021 390

Əfqanıstanda siyasi hakimiyyətə gələn “Taliban” ölkədəki Buddist irsini qoruyacağına söz verib. 

Bu barədə “Taliban”ın Mədəniyyət və İnformasiya Nazirliyinin Arxeologiya Departamentinin rəhbəri Zabiulla Sadat məlumat verib.

O qeyd edib ki, ölkədəki tarixi abidələr, o cümlədən Budda heykəlləri mühafizə olunacaq, ehtiyac yaranarsa bərpa ediləcək.

Z.Sadat həmçinin əlavə edib ki, “Taliban” tarixi abidələri mühafizə etmək üçün xüsusi dəstələr ayıracaq.

“Taliban” abidələrin bərpası ilə bağlı xarici təklifləri nəzərdən keçirməyə də hazırdır”, – deyə “Taliban” rəsmisi vurğulayıb.

Mənbə: Sputnik Əfqanıstan