ABŞ və Çin liderlərinin görüşü üç saatdan çox çəkib

01:00 17-11-2021 27

ABŞ Prezidenti Cozef Baydenin Çin Xalq Respublikasının sədri Si Cinpinlə virtual görüşü təxminən 3,5 saat çəkib.

Bu barədə ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsi məlumat yayıb.

O qeyd edib ki, telefon danışıqlarından fərqli olaraq iki ölkə liderinin videokonfrans formatındakı müzakirələri daha effektiv nəticələr verib.

“Görüşün mahiyyəti əslində iki ölkə liderlərinin ABŞ və Çin arasındakı rəqabəti məsuliyyətli şəkildə tənzimləmə yollarını və bu rəqabət üçün qoruyucu mexanizmlərin necə qurulacağını müzakirə etməsi olub”, - deyə ABŞ administrasiyasının rəsmisi bildirib.

Mənbə: TASS