DÇ-2022: Niderland final mərhələsində, Türkiyə, Ukrayna və Uels pley-offa vəsiqə qazandı - VİDEO

02:00 17-11-2021 424

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsi başa çatıb.

X turun son oyun günündə D, E, və G qruplarında ümumilikdə 7 görüş baş tutub.

Bununla da Avropadan final mərhələsinə və pley-offa vəsiqə qazanan bütün komandalar bəlli olub.

D qrupunda 2-ci yer uğrunda mübarizə aparan Finlandiya millisi Fransanı qəbul edib və rəqibinə uduzub. Qrupun digər oyununda Ukrayna seçməsi Bosniya və Herseqovinanın qonağı olub. Səfərdə inamlı hesablı qələbə qazanan Aleksandr Petrakovun rəhbərlik etdiyi kollektiv Finlandiyanı qabaqlayaraq qrup 2-cisi olub və pley-offa adlayıb.

E qrupunda final mərhələsinə birbaşa yollanacağı dəqiqləşən Belçika səfərdə Uelslə qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib. Çexiya yığması isə evdə Estoniyanı məğlub edib. Qrupda 2-ci yeri tutan britaniyalılar pley-offa yüksəliblər.

Gecənin ən maraqlı oyunları G qrupunda gerçəkləşib. Niderland millisi evdə Norveçə çətinliklə qalib gəlib. Digər önəmli matçda Türkiyə seçməsi səfərdə Monteneqro üzərində əzmkar qələbə qazanıb - 2:1. 

DÇ-2022, seçmə mərhələ
X tur

D qrupu
Finlandiya - Fransa - 0:2
Qollar: Kərim Benzema, 66, Kilian Mbappe, 76

Bosniya və Herseqovina - Ukrayna - 0:2
Qollar:
Aleksandr Zinçenko, 59, Artyom Dovbik, 79

E qrupu
Uels - Belçika - 1:1
Qollar:
Kiffer Mur, 32 - Kevin De Brüyne, 12

Çexiya - Estoniya - 2:0
Qollar:
Yakub Brabets, 59, Yan Sikora, 85

G qrupu
Cəbəllütariq - Latviya - 1:3
Qollar:
Liam Uoker, 7 - Vladislav Qutkovski, 25, Roberts Uldrikis, 55, Raymonds Krollis, 75

Monteneqro - Türkiyə - 1:2
Qollar:
Fatos Beçiray, 4 - Kerem Aktürkoğlu, 22, Orkun Kökçü, 60

Niderland - Norveç - 2:0
Qollar:
Stiven Berqveyn, 84, Memfis Depay, 90+1

Qeyd edək ki, daha əvvəl Qətər (ev sahibi), Almaniya, Danimarka, Braziliya, Fransa, Belçika, Xorvatiya, İspaniya, Serbiya, İngiltərə, İsveçrə və Niderland milliləri DÇ-2022-yə vəsiqə qazanıb.

Pley-off mərhələsində isə Rusiya, İtaliya, Portuqaliya, İsveç, Polşa, Avstriya, Şotlandiya, Şimali Makedoniya, Uels, Çexiya, Türkiyə və Ukrayna millilərinin çıxış edəcəkləri dəqiqləşib.