OPEC-dən bədbin proqnoz: Neft ucuzlaşacaq?
11:00 17-11-2021 428
Dünya bazarı neftin həddən artıq bolluğu ilə üzləşə bilər.
Bu xəbərdarlıqla Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo çıxış edib.
OPEC-in baş katibinin sözlərinə görə, artıq 2021-ci ilin dekabrında dünya neft bazarında təklif tələbi üstələyəcək.
Məhəmməd Barkindo hesab edir ki, bu, pandemiyadan sonra qlobal iqtisadiyyatın bərpasının tədricən yavaşlaması ilə əlaqədardır.
Mənbə: Lentar.ru