İranda gənc ağır işgəncələrə məruz qalıb - FOTO

21:00 17-11-2021 32

İbrahim Rəisinin prezidentlik dövründə bütün İran xalqına, eləcə də ölkədəki etnik millətlərə qarşı repressiya və işgəncələr davam edir.

“Azad İran” Telegram kanalı xəbər verir ki, bu dəfə Ettelaat məmurları Sistan və Bəluçestan vilayətinin Delqan şəhərində yaşayan Həmid Bameri adlı gənci tutaraq ona vəhşicəsinə işgəncələr veriblər.

Ettelaat məmurları gənci bir müddət öncə vilayətdə etirazçılarla əmniyət gücləri arasında baş verən qarşıdurmada iştirak etməkdə günahlandırıblar.

Onlar Həmid Bameriyə işgəncə verməklə ona məcburi qaydada “günahını” etiraf etdirmək istəyiblər. Lakin o, bütün işgəncələrə dözərək bundan boyun qaçırdığından gənci məcbur qalıb buraxıblar.