Fırıldaqçı erməni ailəsi ABŞ-ın COVID fondlarından 20 milyon dollardan çox pul oğurlayıb - FOTO/VİDEO

15:00 18-11-2021 36

Kaliforniyadan (ABŞ) erməni mühacir ailəsi COVID-19-la mübarizə üçün ayrılmış vəsaitdən qanunsuz olaraq 20 milyon dollar əldə etdikləri üçün həbs cəzasına məhkum ediliblər.

Bank fırıldaqları və çirkli pulların yuyulmasında ittiham olunan 43 yaşlı Riçard Ayvazyan 17 il, həyat yoldaşı 37 yaşlı Marietta Terabelyan isə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Cütlük axtarışdadır, buna görə R.Ayvazyan və M.Terabelyana qiyabi hökm çıxarılıb. Federal məmurların sözlərinə görə avqustun 29-da onlar üzərlərinə bağlanan izlənmə bilərziklərini açaraq qaçıblar.

Hakim Stiven Uilson hökm oxunarkən R.Ayvazyanı qanunlara hörmət etməyən, dələduzluğu nailiyyət hesab edən qəddar fırıldaqçı kimi xarakterizə edib.

Hakim onun qardaşı 41 yaşlı Arturu da 5 il müddətinə azadlıqdan məhrum edib.

FTB R.Ayvazyan və M.Terabelyan haqqında məlumat üçün 20 min dollara qədər mükafat təyin edib.

Mənbə: Ermənistan mediası