Avropa çempionatı: Kişilər Ermənistanla heç-heç etdi, qadınlar İtaliyaya qalib gəldi – YENİLƏNİB

00:00 19-11-2021 28

Azərbaycanın qadın şahmatçılardan ibarət komandası Sloveniyanın Çatej şəhərindəki çempinonatında növbəti görüşünü keçirib.

HerGun.Az xəbər verir ki, VI turda İtaliya seçməsi ilə üz-üzə gələn kolektiv rəqibini 2,5:1,5 hesabı ilə məğlub edib. Yeganə qələbəni Ülviyyə Fətəliyeva qazanıb.

22:13

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında VI turun görüşləri keçirilib.

HerGun.Az xəbər verir ki, ilk 5 turu 3 qələbə və 2 heç-heçə ilə başa vuran kişilərdən ibarət Azərbaycan komandası Ermənistanla qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Avropa çempionatı, VI tur
18 noyabr
Kişilər
Azərbaycan - Ermənistan - 2:2

Şəhriyar Məmmədyarov - Qabriel Sarkisyan - 0,5:0,5
Teymur Rəcəbov - Hayk Martirosyan - 0,5:0,5
Rauf Məmmədov - Robert Ovanisyan - 0,5:0,5
Nicat Abbasov - Samvel Ter-Sahakyan - 0,5:0,5

15:48

Sloveniyanın Brejitse şəhəri yaxınlığındakı Terme Çatej kurort mərkəzində keçirilən şahmat üzrə Avropa çempionatında kişi və qadın millilərimizin VI turda oynayacaq heyəti bəlli olub.

HerGun.Az xəbər verir ki, bu gün kişilərdən ibarət komandamız prinsipial görüş olan Ermənistana, qadın millimiz isə İtaliyaya qarşı aşağıdakı heyətlə mübarizə aparacaq:

Kişilər. Azərbaycan – Ermənistan

Şəhriyar Məmmədyarov (ağ fiqurlarla) – Qabriel Sarqisyan

Teymur Rəcəbov (qara) – Hayk Martirosyan

Rauf Məmmədov (ağ) – Robert Hovannisyan

Nicat Abbasov (qara) – Samvel Ter-Sahakyan

Qadınlar. İtaliya – Azərbaycan

Marina Brunello – Günay Məmmədzadə (qara fiqurlarla)

Olqa Zimina – Gülnar Məmmədova (ağ)

Tea Queçi – Xanım Balacayeva (qara)

Daniela Movilyanu – Ülviyyə Fətəliyeva (ağ)

Qeyd edək ki, bu görüşədək Azərbaycan və Ermənistan 8 xala malikdir. Əlavə əmsallara görə, Azərbaycan ikinci, Ermənistan beşincidir.

Qadınlarda isə Azərbaycan və İtaliya 7 xala malik olsa da, yığmamız beşinci, italyanlar altıncıdır.

Səbuhi Musayev