Yaponiyanın keçmiş şahzadəsinin əri qalmaqallı borcunu ödəyib - FOTO

03:00 19-11-2021 30

Evlənmək üçün titulundan Yaponiyanın keçmiş şahzadəsi Makonun həyat yoldaşı Key Komuro uzun müddət nişanlanmasına mane olan borcunu ödəyib.

Məlumata görə, Komuro və Makonun toyu 2018-ci ilin noyabrına planlaşdırılmışdı. Lakin bəyin anasının onun təhsili üçün aldığı 4 milyon ien (təxminən 59,3 min manat) borc üstündə yaranan maliyyə mübahisələri bu məsələni gecikdirmişdi. Qadın bu pulu öz yaxın rəfiqəsindən almışdı. Borcla bağlı məlumat Yaponiyanın bəzi vətəndaşlarının da narazılığına səbəb olmuşdu, onlar gəncin öz problemlərini həll etmək üçün şahzadə ilə nişanlanmasından istifadə etdiyini düşünürdülər.

Mediada yayılan məlumata görə, noyabrın 15-də Komuro tələb olunan 4 milyon ien pulu anasının keçmiş dostunun bank hesabına köçürüb. Ancaq onun bu vəsaiti haradan toplaya bildiyi barədə məlumat verilmir.

Xatırladaq ki, Komuro və Makonun toyu oktyabrda baş tutub. Şahzadə sıravi Yaponiya vətəndaşı ilə evləndiyi üçün titulunu itirib. Noyabrın 14-də yeni evlənənlər ABŞ-a yollanıblar. Onlar Komuronun işi ilə əlaqədar Nyu-Yorkda məskunlaşmağı planlaşdırırlar. Mako da orada özünə uyğun iş tapmaq istəyir.

Mənbə: Kyodo