Rəfiqəsi uşaq dünyaya gətirərkən yanında olan qadın ərinin onunla xəyanətini öyrəndi - FOTO

04:00 19-11-2021 30

Ən yaxın rəfiqəsi uşaq dünyaya gətirərkən yanında olan qadın təsadüfən ərinin xəyanətindən xəbər tutub.

Hadisə ABŞ-ın Arizona ştatında baş verib.

Uikkenburq şəhərinin sakini, dörd uşaq anası 28 yaşlı Heyli Kaster hamilə rəfiqəsinin müvəqqəti ev problemi yaşadığı üçün ona kömək etmək qərarına gəlib. O, hamilə rəfiqəsini xəstəxanaya qədər müşayiət edib və mama-ginekoloqlarla birlikdə doğuşa girib. Uşaq dünyaya gəldikdən sonra isə onu çimdirib. Doğuşdan sonra isə rəfiqəsini və yeni dünyaya gəlmiş körpəsini evinə aparıb.

Evə köçdükdən sonra uşağı geyindirən qadın onun boğazında anadangəlmə nadir deffekt görüb. Bu, onun yoldaşının bədənindəki ilə eyni olub. Kaster gördüklərindən şoka düşüb və heç nə anlamadan rəfiqəsinin üzünə baxıb. Rəfiqəsi buna cavab olaraq gözlərini aşağı dikib. Bundan sonra Kaster hər şeyi başa düşüb.

Qadının əri xəyanətini və uşağın atası olduğunu etiraf edib. Sonradan kişinin daha 30 sevgilisinin və ayrı-ayrı qadınlardan daha iki uşağı olduğu ortaya çıxıb.

Şoka düşmüş qadın əvvəl nə edəcəyini bilməyib. Sonra ərindən ayrılıb, körpənin isə bu məsələdə heç bir günahı olmadığını anlayaraq özünə götürüb. Bundan başqa özündə güc taparaq keçmiş əri və rəfiqəsi ilə ünsiyyətinə davam edir.