Bakıda bir marşrut xəttinin hərəkət sxemi dəyişdirildi

17:00 19-11-2021 39

Bakıda 2 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Məlumatda deyilir ki, dəyişikliyə əsasən, bu xətt üzrə avtobuslar metronun “Dərnəgül” stansiyasınadək hərəkət edəcək. Dəyişiklik sayəsində 7-ci mikrorayon və metronun “Dərnəgül” stansiyası ətrafında məskunlaşan vətəndaşların metronun “N.Nərimanov”, “Nizami”, “20 Yanvar” stansiyaları və “Beynəlxalq Avtovağzal Kompleksi" istiqamətində birbaşa gedişi təmin olunacaq.