Qazaxda iki qadın qidadan zəhərlənib

00:00 20-11-2021 32

Qazax rayonunda zəhərlənmə hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Birinci Şıxlı kəndində qeydə alınıb. 1975-ci il təvəllüdlü M.Həsənova və 1972-ci il təvəllüdlü D.Həsənova qidadan zəhərləniblər. Zərərçəkənlər yaxınları tərəfindən xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.