Arzu Nağıyev: “Vətən müharibəsi qazilərinə əlilliyin verilməsi istiqamətində çox ciddi addımlar atılır”

19:00 20-11-2021 363

2021-ci ilin 9 ayı ərzində 50 minə yaxşın şəxs əlillik təyinatı alıb. Bundan başqa Vətən müharibəsində yaralanmış hərbi qulluqçularımızın əlilliyinin qiymətləndirilməsi istiqamətində işlər aparılır.

Bu sözləri HerGun.Az-a açıqlamasında Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin deputatı Arzu Nağıyev deyib.

O bildirib ki, son vaxtlar cənab prezidentin tapşırığına uyğun olaraq, ölkədə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi istiqamətində işlər aparılır:

“Əliliyin qiymətləndirilməsi prosesi elektron infrastruktur üzərindən aparılır. Belə ki, səhiyyə müəssələrində tək sistemə daxil olan göstəricilərlə aid edilir və lazım olduğu zaman onların özü dəvət olunur, əyani olaraq onlara baxış keçirirlir. Bu ilin 9 ayı ərzində 50 minə yaxın şəxs əlillik təyinatı alıb. Bundan başqa Vətən müharibəsində yaralanmış hərbi qulluqçularımızın əlilliyinin qiymətləndirilməsi istiqamətində işlər aparılır.

Bu istiqamətdə müraciətlər çox olduğu üçün proseslər növbəli formada həyata keçirilir. Bu da öz növbəsində zaman alır. Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu istiqamətdə müəyyən komissiyalar yaradılıb. Bu komissiyalara həm hərbi qulluqçuların əyani müayinəsi, Müfafiə və Ədliyyə nazirliklərinin Sərdəq Qoşunlarının, Daxili Qoşunların həkim komissiyaları şəhadətnamələr və müharibə əlillərinə müavinətlər təyin edilir”.

Bundan başqa şəhid ailələri ilə bərabər müharibə əlillərinin mənzil və fərdi evlə təmin olunması məsələsinə toxunan deputat bildirib ki, bugünə qədər bu kateqoriyadan olanlara 11 mindən çox mənzil, fərdi ev verilib:

“Dövlət başçısının 2021-ci il 25 yanvar tarixli müvafiq sərəncamı ilə 2021-2025-ci illərdə daha 11 min fərdi ev və mənzil verilmısi nəzərdə tutulub. Bundan başqa əlilliyi olan şəxslərin reablitasiya xidmətləri də həyata keçirilir. Burada təxminən 8 minə yaxın əlilliyi olan şəxs, 39 minə yaxın protez, ortopedik və reablitasiya vasitələri ilə o cümlədən 1000-ə yaxın mühərrikli, təkəri olan oturacaqlarla təmin edilib. Reablitasiya infrastrukturu müasir tələblərə uyğun qurulur. Yəni bu müəssilərdə 10 ay ərzində əlilliyi olan şəxslərdən habelə müharibə əlillərindən ibarət 6500-ə yaxın reablitasiya xidmətləri, Vətən müharibəsinin 1000-dən çox qazisinə sosial, psixoloji dəstək həyata keçirilib. Bu istiqamətdə çox ciddi addımlar atılır.

Bütün sahələrdə problemlər olduğu kimi bu istiqamətdə də müəyyən qədər çətinliklər olur. Lakin bunların qarşısı alınır və düşünürəm ki, Azərbaycan prezidentinin apardığı siyasət, ölkəmizin təhlükəsizliyi, müstəqilliyin qorunması ilə bağlı hər bir Azərbaycan vətəndaşının da rifahına bağlıdır. Burada da ilk növbədə sosial məsələlər, əlillər, həssas təbəqə öndədir. Düşünürəm ki, bu istiqamətdə də siyasət davam etdiriləcək”.

Könül Cəfərli