Britaniya Qış Olimpiya Oyunlarını diplomatik şəkildə boykot etmək istəyir

03:00 21-11-2021 397

Böyük Britaniyanın baş naziri Boris Conson Pekin Qış Olimpiya Oyunlarını diplomatik şəkildə boykot etməyi düşünür.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden demişdi ki, onun administrasiyası 2022-ci il Olimpiadasını diplomatik yolla boykot etmək imkanını öyrənir.

Bildirilir ki, Conson Olimpiadanı “Çində insan haqlarının vəziyyətinə etiraz olaraq” boykot etməyi düşünür. Hazırda Britaniya hökumətində Olimpiadanın diplomatik səviyyədə boykot edilib-edilməməsi ilə bağlı “aktiv müzakirələr” gedir.

Çərşənbə axşamı “Washington Post” qəzeti Ağ Evin tezliklə Olimpiadanı diplomatik şəkildə boykot edəcəyini elan etmək niyyətində olduğunu bildirib. Nəşrin mənbələrinə görə, nə Baydenin özü, nə də ABŞ hökumətinin heç bir üzvü Oyunlara rəsmi olaraq qatılmayacaq. Mənbələrin bildirdiyinə görə, qərar Pekinə aid edilən insan haqları pozuntularına cavab xarakteri daşıyır. Bu qərar ABŞ-dan olan idmançıların Olimpiadada iştirakına təsir etməyəcək.

Pekində Qış Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən 20-dək keçiriləcək.

Mənbə: The Times