Türkiyədə koronavirusa qarşı iki doza peyvənd vurduranların sayı 50 milyonu keçdi

05:00 21-11-2021 404

Türkiyədə koronavirusa qarşı peyvəndin hər iki dozasının vurulduğu əhali sayı 50 milyonu keçib.

Qardaş ölkədə birinci doza peyvənd olunanların sayı 56 021 137, hər iki dozanı qəbul edənlərin sayı isə 50 000 016 təşkil edib.

Üçüncü doza ilə birlikdə ümumilikdə ölkədə vurulan peyvənd sayı 119 248 330-a çatıb.

Mənbə: CNN Türk