Afrikalılar fransız hərbçilərin yolunu kəsdi: “Evinə qayıt Fransa!”

06:00 21-11-2021 381

Nigerə doğru hərəkət edən Fransa hərbi karvanı Burkina Fasoda yerli xalqın nümayəndələri tərəfindən durdurulub.

Kaya şəhər sakinləri hərbçilərin qarşısını kəsərək onların keçidinə izn verməyiblər.

Afrikalılar fransızlara qarşı “Evinə qayıt Fransa! Bura bizim evimizdir. Ölkəmizi tərk et!” kimi şüarlar səsləndiriblər.

Əraziyə gələn Kaya bələdiyə başçısı da sakinlərin qərarını dəyişə bilməyib.

Nəticədə, fransızlar yoldan 5 km məsafədə yerləşən köhnə daş mədənində düşərgə salmalı olublar.

Mənbə: TRT