Tatarıstanda ictimai nəqliyyatda QR-kod məcburi oldu - VİDEO

06:00 22-11-2021 405

Rusiya Federasiyasının Tatarıstan Respublikasında ictimai nəqliyyatdan istifadə edənlər üçün daha bir yenilik tətbiq olunub.

Belə ki, artıq noyabrın 22-dən etibarən bu xidmətlərdən yararlanmaq istəyənlər gediş biletilə yanaşı, QR-koda da sahib olmalıdırlar.

Rəqəmsal kod və ya onun kağız üzərində çap edilmiş variantı olmadan sərnişin biletsiz sayılacaq.

Artıq yeni tələbə uyğun şəkildə ilk sınaq reysləri baş tutub. Sərnişinlər rolunda isə daşıyıcı şirkətlərin əməkdaşları çıxış ediblər.

Mənbə: “Rossiya”