Hacıqabul sakinində qanunsuz silah aşkarlandı - FOTO

10:00 22-11-2021 412

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Babayev saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı gödəkçəsinin altında gizlətdiyi lüləsi və qundağı kəsilmiş odlu silah aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb.

Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.