Bakıda 14 yaşlı qız özünü doqquzuncu mərtəbədən atdı

12:00 22-11-2021 388

Bakıda intihar hadisəsi baş verib.

HerGun.Az-ın əldə etdiyi məlumata görə, hadisə Qaradağ rayonu, Sahil qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 14 yaşlı A.Məmmədova özünü yaşadığı binanın doqquzuncu mərtəbəsindən ataraq intihar edib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.