Rusiyaya neçə müəssisədən alma ixrac edilə biləcəyi AÇIQLANDI

16:00 22-11-2021 409

“AQTA-nın Rusiya Federasiyasının müvafiq qurumu (Rosselxoznadzor) ilə birgə apardığı işlər nəticəsində ötən dövr ərzində 70 müəssisənin alma ixracına icazə verilib”.

HerGun.Az xəbər verir ki, bu barədə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli məlumat verib.

O bildirib ki, həmin müəssisələrin 2021-ci ildə ixrac proqnozu 153 397 ton təşkil edir:

“Görülən işlər çərçivəsində payız mövsümündə əkin aparan bütün pomidor müəssisələrində dəfələrlə monitorinqlər keçirilərək virusoloji müayinələr aparılıb və heç bir təsərrüfatda bu vaxtadək bitki mənşəli virus aşkarlanmayıb.

Lakin bəzi təsərrüfatların ixrac olunan yük partiyasında agentlik tərəfindən aparılan virusoloji müayinələr zamanı pepino mozaik və qonur qırışıqlıq virusu müəyyən edilib. Aşkar olunan uyğunsuzluqların araşdırılması zamanı təsərrüfatlarda virus aşkarlanmadığı halda, yük partiyalarında aşkarlanması ixrac olunan partiyaların başqa təsərrüfatlara məxsus olduğunu deməyə əsas verir”.

Nigar Məmmədova