Botoks elətdirən qadının üzü iflic oldu - FOTO/VİDEO

06:00 23-11-2021 405

Qırışlardan azad olmaq və dərisinin hamarlığı üçün botoks etdirən Nyu-York sakini Daniel Leyden bu qərarından tezliklə peşman olub.

Belə ki, seans zamanı kosmetoloq qadının üzünə çoxlu dərman yeridib ki, bu da sağ göz qapağının ptozuna (aşağı sallanmasına) səbəb olub.

Amerikalının sözlərinə görə, o, bir neçə həftə iflic vəziyyətdə qalıb, göz qapağı açılmayıb. Nəhayət Leyden üzünü əvvəlki görünüşünə qaytarmağa kömək edən xüsusi damcılar tapdığını vurğulayıb. Qadın dərmanın adını qeyd etməyib.

O, prosedurun uğursuz nəticəsini və sağalma müddəti ilə bağlı kadrları özünün “TikTok” hesabından paylaşıb.

Video sosial şəbəkələrdə çoxsaylı müzakirələrə səbəb olub.