Əfqanıstanda bir milyondan çox uşaq aclıqdan ölmək təhlükəsi altındadır

05:00 24-11-2021 377

YUNİSEF-in Əfqanıstan üzrə nümayəndəliyinin Kommunikasiya şöbəsinin rəhbəri Samanta Mort ölkədə bir milyondan çox uşağın aclıqdan ölmək təhlükəsi altındadır.

“Təxminən 3,2 milyon uşaq ağır qida çatışmazlığından əziyyət çəkir. 1,1 milyon uşaq aclıqdan ölmək astanasındadır”, - deyə o bildirib.

O, həmçinin qeyd edib ki, hazırda 22,8 milyon Əfqanıstan vətəndaşı ərzaq çatışmazlığı ilə üzləşir.

YUNİSEF təmsilçisi bildirib ki, dünya Əfqanıstanın humanitar fəlakət astasında olduğunu anlamalıdır.

Mənbə: RT