Moskva hava limanlarında 20-dən çox aviareys təxirə salınıb

22:00 24-11-2021 381

Moskvaya qar yağıb.

Əlverişsiz hava şəraiti səbəbindən şəhərin “Vnukovo”, “Domodedovo” və “Şeremetyevo” hava limanlarında 20-dən çox uçuş təxirə salınıb.

Qeyd edək ki, hazırda Rusiya paytaxtına yağan qarın hündürlüyü 1 sm təşkil edir. Sinoptiklər qar təbəqəsinin 3 sm-dək arta biləcəyini proqnozlaşdırır.

Mənbə: “RİA Novosti”