Sumqayıt sakini liftin şaxtasına düşərək ölüb

10:00 25-11-2021 448

Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Sülh prospektində fəaliyyət göstərən istehsal müəssisələrindən birində qeydə alınıb. Belə ki, müəssisənin əməkdaşı, 1956-cı il təvəllüdlü Əliverdiyev Vaqif Əliverdi oğlu binanın 4-cü mərtəbəsində liftin yuxarı çıxmasını gözləyib. Qapı açılıb, lift gəlmədiyindən o, şaxtaya düşərək ölüb. Mərhumun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.