Azərbaycan komandasının oyunçuları qızdırma içində

18:00 25-11-2021 383

Futzal üzrə Yüksək Liqanın IX turu çərçivəsində sabah keçirilməli olan “Xilə” – “Baku Fire” qarşılaşması qeyri-müəyyən vaxta təxirə salınıb.

HerGun.Az xəbər verir ki, “Xilə” komandası bir neçə oyunçusunun səhhətində narahatlığın yaranması (yüksək temperatur) ilə bağlı Azərbaycan Futzal Federasiyasına müraciət edib.

Bunu nəzərə alan Federasiya matçın təxirə salınması ilə bağlı qərar qəbul edib.