Avropa Liqası: “Qalatasaray” dörd qolla pley-offa vəsiqəni təmin etdi

00:00 26-11-2021 404

Bu axşam UEFA Avropa Liqasının qrup mərhələsində V tura yekun vurulacaq.

Turnirin ikinci oyun günündə 15 qarşılaşma baş tutacaq. Onlardan bəziləri artıq başa çatıb.

E qrupunda “Qalatasaray” “Marsel”i qəbul edib. Rəqibinə 4:2 hesabıyla qalib gələn sarı-qırmızılar növbəti mərhəyə vaxtından əvvəl vəsiqə qazanıb.

Qeyd edək ki, bir qədər sonra D qrupunda digər Türkiyə klubu “Fənərbaxça” “Olimpiakos”un qonağı olacaq.

C qrupunda isə yığmamızın üzvü Mahir Emrelinin çıxış etdiyi “Legiya” kollektivi səfərdə “Lester”lə qarşılaşacaq.

Hər iki matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

UEFA Avropa Liqası

V TUR

E qrupu

“Qalatasaray” (Türkiyə) – “Marsel” (Fransa) 4:2

“Lokomotiv” (Moskva, Rusiya) – “Latsio” (İtaliya) 0:3

F qrupu

“Midtüllan” (Danimarka) – “Braqa” (Portuqaliya) 3:2

“Srvena Zvezda” (Belqrad, Serbiya) – “Lüdoqorets” (Razqrad, Bolqarıstan) 1:0

G qrupu

“Bayer” (Leverkuzen, Almaniya) – “Seltik” (Şotlandiya) 3:2

“Betis” (İspaniya) – “Ferentsvaroş” (Macarıstan) 2:0

H qrupu

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Genk” (Belçika) 1:1

“Rapid” (Vyana, Avstriya) – “Vest Hem” (İngiltərə) 0:2