ÜST uşaqların kütləvi vaksinasiyasını tövsiyə etmir

07:00 24-12-2021 457

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) uşaq və yeniyetmələrin koronavirusa qarşı kütləvi peyvənd edilməsini tövsiyə etmir.

Bu barədə ÜST-nin immunlaşdırma üzrə ekspertlərdən ibarət strateji məsləhət qrupunun çərşənbə günü Cenevrədə yaydığı bəyanatda deyilir.

Bildirilir ki, bu yaş qrupunda ciddi xəstəlik halları azdır və bundan əlavə, bir sıra ölkələrdə əhalinin yüksək risk qrupundan hələ tam peyvənd olunmayan təbəqələr var.

Mənbə: TASS