Bakıda naməlum şəxs bankın qarşısında duran kişiyə hücum edib

09:00 24-12-2021 679

Bakıda 62 yaşlı kişi hücuma məruz qalaraq ağır xəsarətlər alıb.

“Report”un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. 1959-cu il təvəllüdlü İmanov Ellər İbrahim oğlu rayon ərazisində fəaliyyət göstərən bankların birinin qarşısında tanımadığı şəxsin hücumuna məruz qalıb. O, hadisə zamanı küt alətlə xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun üz, baş nahiyələrində çoxsaylı əziklər və kəsiklər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.